Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 16 oktyabr 2024-cü il tarixində “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müzakirə tədbiri keçirilmişdir. Tədbirdə “Probo” MMC-nin əməkdaşları da gələcək fəaliyyət planının aspektlərinin aydınlaşdırılması istiqamətində müzakirədə yaxından iştirak etmişdirlər. Müzakirələr zamanı “Probo” MMC-nin direktoru Orxan Mikayilov, bir sıra laboratoriyaların qurulmasında dövlət dəstəyi ilə bağlı suallarla çıxış etmişdir.