Mobil cihazların sertifikatlaşdırılması

Mobil cihazların sertifikatlaşdırılması dedikdə, mobil telefon, planşet və digər simsiz rabitə qurğularının ölkədə qüvvədə olan texniki, təhlükəsizlik və rabitə standartlarına uyğunluğunun rəsmi şəkildə təsdiqlənməsi başa düşülür.

Bu proses zamanı cihazlar müəyyən laboratoriya və texniki sınaqlardan keçirilir. Məhsullar sınağa cəlb edildikdən sonra uyğunluq sertifikatı verilir.

Qısa olaraq, bu sertifikat cihazın təhlükəsiz, standartlara uyğun və qanuni istifadəyə yararlı olduğunu göstərir.