PROBO MMC - Sınaq və Sertifikatlaşdırma Orqanı

Keyfiyyətin təsdiqi, etibarlılığın təminatı!

Elektrik, sənaye avadanlıqları və telekommunikasiya vasitələrinin sınağı və sertifikatlaşdırılması üzrə peşəkar xidmətlər.

Biz Kimik

PROBO MMC — Azərbaycan Respublikasında məhsulların uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərən akkreditə olunmuş sertifikatlaşdırma orqanıdır.

2011-ci ildən fəaliyyət göstərən PROBO, 2020-ci ildən etibarən akkreditasiya sahəsini genişləndirərək müxtəlif məhsul qrupları üzrə sertifikatlaşdırma xidmətləri təqdim edir.

Fəaliyyət istiqamətlərimiz

Fəaliyyətimiz AZS ISO/IEC 17065 standartına və müvafiq EN, ETSI və IEC standartlarına əsaslanır. Bununla yanaşı, PROBO MMC-nin sınaq laboratoriyası AZS ISO/IEC 17025 standartının tələblərinə uyğun fəaliyyət göstərir.

Əsas istiqamətlərimizə aşağıdakılar daxildir:

  • RF — radio tezlikləri və simsiz rabitə avadanlıqlarının uyğunluğunun qiymətləndirilməsi və müvafiq radio standartları əsasında sınaqların təşkili;
  • EMC — elektrik, elektronika və telekommunikasiya avadanlıqlarının elektromaqnit uyğunluğunun qiymətləndirilməsi və müvafiq EMC standartları əsasında sınaqların təşkili;
  • Safety — məhsulların elektrik və digər müvafiq təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Tip təsdiqi və məhsul sertifikatlaşdırılması — müvafiq tələblərə uyğun olaraq məhsulların sertifikatlaşdırılması və tip təsdiqi xidmətləri.

Akkreditasiya sahəmiz telekommunikasiya və radio avadanlıqlarını, elektrik və elektronika məhsullarını, sənaye avadanlıqlarını, məişət cihazlarını və digər müvafiq məhsul qruplarını əhatə edir.

PROBO MMC-nin məqsədi istehsalçılara, idxalçılara və biznes tərəfdaşlarına peşəkar, şəffaf və etibarlı sertifikatlaşdırma xidmətləri təqdim etməkdir.

PROBO — Keyfiyyətin təsdiqi, etibarlılığın təminatı!

Faydalı Məlumat
Məhsullar üçün sertifikatların "PROBO" MMC-nin sertifikatlaşdırma orqanından alınmasının üstünlükləri

1. Malın qanunvericiliyə uyğun ölkə ərazisinə idxalı və ölkə ərazisindən ixracı prosesinin sadələşdirilmiş şəkildə həyata keçirilməsi;
2. İstehlakçılara keyfiyyətli məhsul seçimində şəraitin yaradılması;
3. İstehlakçıları keyfiyyətsiz məhsullardan qorumaq;
4. Dövlət nəzarəti (təftiş-yoxlama) halları zamanı inzibati məsuliyyətin yaranmaması;
5. Xarici şirkətlərin istehsal etdiyi məhsulların ölkə ərazisinə idxal edilməsi və satışının mümkünlüyü;

Sertifikatlaşdırma Nədir?

Sertifikatlaşdırma bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əminlik yaradan bir vasitədir. Sertifikatlaşdırmanın rolu üçüncü tərəfdən göstərilən tələblərin yerinə yetirilməsinin qərəzsiz və səlahiyyətli nümayişi ilə qurulan inam və etibar dərəcəsidir. Məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılması, onların standartlarda və digər normativ sənədlərdə göstərilən tələblərə uyğunluğuna zəmanət verir.

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub, beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır.

Məhsul və Xidmətlərin Sertifikatlaşdırılması

Məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:

  • Bazada insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq.
  • İstehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik.
  • Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Azərbaycanda radio avadanlıqların uyğunluğu 3 parametr üzrə yoxlanılır və həmin parametrlərin tələblərinə uyğun olduğu halda sertifikatlaşdırılması aparılır. Bu parametrlərə radio tezlik, elektromaqnit və təhlükəsizlik standartları daxildir. Həmin standartlar bütün dünyada regionlar və ölkələr üzrə qəbul edilmiş normativlərə əsaslanır və həmin normativlər əsasında da sınaqların aparılması həyata keçirilir.

Radioavadanlıqların sertifikatlaşdırılması – radio avadanlığın uyğunluq sınaqlarının keçirilməsi, uyğunluğunun qiymətləndirilməsi və nəticələrinin təhlil edilərək ekspert auditorlar tərəfindən sənədləşdirilməsi daxildir. Uyğunluğu təsdiq edilmiş radio avadanlığa müvafiq olaraq uyğunluq sertifikatı verilir və müraciət edən sifarişçi şəxs adına sertifikatlaşdırılır.

Sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 1 (bir) il olaraq qeydə alınır (xüsusi hallarda sertifikatlaşdırma sxeminə əsasən müddət dəyişə bilər).

Xidmət ödənişli əsaslarla, sertifikatlaşdırılacaq TVQ-lərin növləri və modellərinə əsasən müəyyən edilir və sertifikatlaşdırmanın nəticələrindən asılı olmadan ödəniş həyata keçirilir.

Bizimlə bir layihəyə başlamaq istərdinizmi?

Важное уведомление о выдаче сертификатов соответствия.

Согласно пункту 12.1 Государственного стандарта AZS 498:
2022 «Оценка соответствия – Правила сертификации продукции», выдача сертификатов соответствия, включая приостановление, восстановление, аннулирование и перевыпуск, должна осуществляться исключительно через Единый электронный портал. (www.e-keyfiyyet.gov.az). 

Чтобы перейти по ссылке, пожалуйста, нажмите здесь. (here)

Чтобы получить доступ к PDF-файлу с переводом, пожалуйста, нажмите здесь. (here)

Uyğunluq Sertifikatlarının Verilməsi ilə Bağlı Vacib Bildiriş

AZS 498 Dövlət Standartının 12.1-ci bəndinə əsasən:
2022-ci il “Uyğunluğun Qiymətləndirilməsi – Məhsul Sertifikatlaşdırma Qaydaları” uyğunluq sertifikatlarının verilməsi, o cümlədən dayandırılması, bərpası, ləğvi və yenidən verilməsi yalnız Vahid Elektron Portal vasitəsilə həyata keçirilməlidir.(www.e-keyfiyyet.gov.az). 

Linkə daxil olmaq üçün zəhmət olmasa, klikləyin (here)

PDF-ə daxil olmaq üçün zəhmət olmasa, klikləyin (here)

Important Notice on Issuance of Conformity Certificates

According to Clause 12.1 of the State Standard AZS 498:2022 “Conformity Assessment – Rules for Product Certification,” the issuance of conformity certificates, including suspension, reinstatement, cancellation, and re-issuance, must be carried out exclusively through the Unified Electronic Portal (www.e-keyfiyyet.gov.az). 

To access the Link, please click (here)

To access the translation PDF, please click (here)