Haqqımızda

 “PROBO” MMC 2011-ci ildən etibarən fəaliyyətini məhsulların ilkin sınaqlarının keçirilməsi və istehsalçı standartlarına uyğunluğunun yoxlanılması üzrə təşkil etmişdir. Bura müxtəlif adda telekommunikasiya vasitə və qurğuları, yüngül sənaye və məişət eləcə də mebel və aksesuarlarının ilkin sınaqları aid edilmişdir. Şirkət, müxtəlif dövrlərdə öz infrastrukturunu genişləndirmiş və daha uğurlu nəticələrə imza atmışdır.
2017 ci ildən etibarən Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında qanunu”na edilmiş dəyişikliklərə (608-VQD – “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə) əsasən radio avadanlıqlara uyğunluq sertifikatının verilməsini, istənilən akkreditasiya olunmuş hüquqi və ya fiziki şəxsin verə bilməsi halı qüvvəyə gəlmişdir. Bu qanun dəyişikliklərindən sonra “PROBO” MMC öz bazasını genişləndirərək 2020-ci ildən etibarən İSO/İEC 17065:2021 standartının tələblərinə uyğun akkreditasiya olunaraq məhsulların sertifikatlaşdırılmasını da həyata keçirməyə başlamışdır. Hazırda ölkə ərazisində elektrik, sənaye və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması, radiotezlik və təhlükəsizlik standartları üzrə həm sınaqlarının keçirilməsi həm də sertifikatlaşdırılmasını həyata keçirən Sınaq və sertifikatlaşdırma orqanıdır.
Buraya peşəkar işçi heyət və müasir dövrün tələblərinə uyğun sınaq-ölçmə cihazları daxildir. Akkreditasiya olunmuş sahəsində fəaliyyətini daima təkmilləşdirmiş, eyni zamanda işçi heyətinin peşəkarlığını artıraraq infrastruktunu müasir tələblərə uyğun qurmuşdur.

Hazırda ”PROBO” MMC radioavadanlıqların sertifikatlaşdırılması sahəsində təkcə ölkədaxilində deyil, eyni zamanda dünyanın 50-dən artıq ölkəsində yerləşən sifarişçilərinə ölkəmizdə məhsullarını rahatlıqla idxal etmələrinə, sertifikatlaşdırma qaydalarına uyğunlaşmaqda və keyfiyyətsiz məhsulların ölkəmizə idxalının qarşısının alınmasında bilavasitə öz peşəkar xidmətləri ilə fayda verməkdədir.

Faydalı Məlumat
Məhsullar üçün sertifikatların "PROBO" MMC-nin sertifikatlaşdırma orqanından alınmasının üstünlükləri

1. Malın qanunvericiliyə uyğun ölkə ərazisinə idxalı və ölkə ərazisindən ixracı prosesinin sadələşdirilmiş şəkildə həyata keçirilməsi;
2. İstehlakçılara keyfiyyətli məhsul seçimində şəraitin yaradılması;
3. İstehlakçıları keyfiyyətsiz məhsullardan qorumaq;
4. Dövlət nəzarəti (təftiş-yoxlama) halları zamanı inzibati məsuliyyətin yaranmaması;
5. Xarici şirkətlərin istehsal etdiyi məhsulların ölkə ərazisinə idxal edilməsi və satışının mümkünlüyü;

Sertifikatlaşdırma nədir?
Sertifikatlaşdırma bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əminlik yaradan bir vasitədir. Sertifikatlaşdırmanın rolu üçüncü tərəfdən göstərilən tələblərin yerinə yetirilməsinin qərəzsiz və səlahiyyətli nümayişi ilə qurulan inam və etibar dərəcəsidir. Məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılması onların standartlarda və digər normativ sənədlərdə göstərilən tələblərə uyğunluğuna zəmanət verir.
Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır.
Məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:
• bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;
• istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;
• respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.
Azərbaycanda radio avadanlıqların uyğunluğu 3 parametr üzrə yoxlanılır və həmin parametrlərin tələblərinə uyğun olduğu halda sertifikatlaşdırılması aparılır. Bu parametrlərə radio tezlik, elektromaqnit və təhlükəsizlik standartları daxildir. Həmin standartlar bütün dünyada regionlar və ölkələr üzrə qəbul edilmiş normativlərə əsaslanır və həmin normativlər əsasında da sınaqların aparılması həyata keçirilir.

Radioavadanlıqların sertifikatlaşdırılmasına- radio avadanlığın uyğunluq sınaqlarının keçirilməsi, uyğunluğunun qiymətləndirilməsi və nəticələrinin təhlil edilərək ekspert auditorlar tərəfindən sənədləşdirilməsi daxildir. Uyğunluğu təsdiq edilmiş radio avadanlığa müvafiq olaraq uyğunluq sertifikatı verilir və müraciət edən sifarişçi şəxs adına sertifikatlaşdırılır. Sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 1 (bir) il olaraq qeydə alınır (xüsusi hallarda sertifikatlaşdırma sxeminə əsasən müddət dəyişə bilər).

Xidmət ödənişli əsaslarla, sertifikatlaşdırılacaq TVQ-lərin növləri və modellərinə əsasən müəyyən edilir və sertifikatlaşdırmanın nəticələrindən asılı olmadan ödəniş həyata keçirilir.

Bizimlə bir layihəyə başlamaq istərdinizmi?