“Probo” MMC-nin Elektrik, Sənaye avadanlıqları və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması, radio tezlik və təhlükəsizlik standartları əsasənda sertifikatlaşdırılması üzrə orqanında, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin xüsusi komissiyası tərəfindən “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğun illik qiymətləndirilməsinin aparılması haqqında” Qərarı ilə “PROBO” MMC-də AZS ISO/IEC 17065:2021 standartının tələblərinə uyğunluğuna dair illik yoxlama keçirilmişdir.
Yoxlamanın nəticəsi olaraq “Probo” MMC-nin sertifikatlaşdırılması üzrə orqanında akkreditasiya dövründə akkreditasiya tələblərinə riayət olunmasının nəticələri komissiya tərəfindən yüksək qiymətləndirilmişdir.